• Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi
  • 11th European Public Health Conference, Ljubljana, Slovenia
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
  • Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
  • İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu
  • Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

13 FEVRAL 2015

İSİM-də Vaşinqton Ailə Planlaşdırma Mərkəzinin “Teen STAR” proqramının təqdimatı oldu

Təcrübəvi pedaqogika metodlarından istifadə edən unikal elmi yanaşma olan “Teen STAR” beynəlxalq proqramı reproduktiv sağlamlıqla bağlı şagirdləri böyüklər kimi məsuliyyətli olmağa, öz dərrakəsindən və tənqidi yanaşma tərzindən istifadə etməyə çağırır. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilmiş proqram Avropa, Şimali və Cənubi Amerika, Asiya və Afrika qitələri də daxil olmaqla, 30-dan çox ölkədə tədris edilib.

2015-ci il fevralın 13-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Vaşinqton Ailə Planlaşdırma Mərkəzinin “Teen STAR” proqramının təqdimatı oldu. Böyüklərin məsuliyyəti çərçivəsində cinsiyyətə dair maarifləndirməni əhatə edən proqram barədə Vaşinqton Ailə Planlaşdırma Mərkəzinin nümayəndəsi Nancy Russel məlumat verdi. Təqdimatın məqsədi ABŞ-da tətbiq edilən “Teen STAR” proqramının Azərbaycanda da gerçəkləşdirilməsi idi.

Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin əməkdaşlığı ilə keçiriləcək “Teen STAR” pilot layihəsi çərçivəsində Azərbaycanın ənənəvi dəyərlərinə uyğun tərzdə gənclər arasında reproduktiv sağlamlıq barədə yeni yanaşmalar tətbiq ediləcək, maarifləndirmə işləri aparılacaq. Proqram həmçinin şagirdlərə, valideynlərə və müəllimlərə reproduktiv sağlamlıq barədə daha geniş məlumatlı olmağa yardım edəcək, ailədaxili ünsiyyət prosesini tənzimləyəcək. Proqram çərçivəsində müəllimlərə insan reproduktivliyinin fizioloji və bioloji cəhətlərinə dair biliklər bazası və bunları şagirdlərinə izah edə bilmək üçün təlimlər keçiriləcək.