İSİM-də beynəlxalq ekspertin iştirakı ilə VİQA Alyansının Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi layihəsi çərçivəsində dəyirmi masa keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

19 DEKABR 2014

İSİM-də beynəlxalq ekspertin iştirakı ilə VİQA Alyansının Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi layihəsi çərçivəsində dəyirmi masa keçirildi

İmmunlaşdırma üzrə Qlobal Alyansın (VİQA) maliyyələşdirdiyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən idarə olunan “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsinin birinci məqsədinin vəzifəsi diplomdan sonrakı təhsil sisteminin gücləndirilməsi vasitəsi ilə növbəti üç il ərzində 7 tibbi texnikumun, 42 təlimçinin, 640 orta tibb işçisinin potensialının və ilkin səhiyyə səviyyəsində işləyən orta tibb işçilərinin immunoprofilaktika üzrə bacarıq və biliklərinin artırılmasından ibarətdir. Bu məqsədlə layihə çərçivəsində müəllimlər və müdavimlər üçün “pediatriya” fənni üzrə İmmunlaşdırma modulunun əsas və tematik kursu üzrə yeni tədris proqramı və materialları işlənib hazırlanıb.

Pediatriya kursunda immunizasiya üzrə modulun mövzularının və tədris metodologiyasının qiymətləndirilməsi məqsədilə 2014-cü il dekabrın 15-20-də “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində Türkiyədən dəvət olunmuş ekspert Arzu Köşəli Azərbaycana səfər etdi.

Səfər çərçivəsində Arzu Köşəlinin İSİM-də layihənin həyata keçirilməsi qrupu və direktorla, daha sonra 2 nömrəli Bakı Baza Tibb Kolleci, ÜST və qeyri-hökumət təşkilatlarının aidiyyəti nümayəndələri, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev və layihənin digər ekspertləri ilə görüşləri təşkil olundu. Missiyaya 2014-cü il dekabrın 20-də İSİM-də İmmunlaşdırma modulunun mövzularının və tədrisin qiymətləndirilməsinin müzakirəsinə və nəticələr üzrə tövsiyələrə həsr olunmuş dəyirmi masanın keçirilməsi ilə yekun vuruldu. Dəyirmi masada İSİM, 2 nömrəli Bakı Baza Tibb Kolleci və ÜST-nin aidiyyəti tibb mütəxəssisləri iştirak etdilər.

Layihənin həyata keçirilməsi üzrə icra qrupun üzvü Lütfi Qafarovun layihə və beynəlxalq ekspertin missiyası barədə məlumatından sonra Arzu Köşəli immunoprofilaktika üzrə mövcud səhiyyə sisteminin qiymətləndirilməsi ilə bağlı müşahidələri barədə təqdimat etdi. Təqdimatda ekspert Azərbaycanın mövcud səhiyyə sistemi ilə yaxından tanış olduğunu, mühazirələrdə iştirak etdiyini və təlim materiallarına nəzər yetirdiyini bildirdi. Arzu Köşəli diplomdan sonrakı təhsil sisteminin gücləndirilməsi, orta tibb işçilərinin immunoprofilaktika üzrə bacarıq və biliklərinin artırılması məqsədilə tibb işçilərinin kommunikasiya bacarıqlarının inkişafı, məlumatlılığın artırılması, yeni peşəkar təlimçilərin hazırlanması, mühazirələrin yeni formatda keçirilməsi istiqamətində tövsiyələrini verdi və fəaliyyətin uğurlu aparılması üçün komanda işinin vacibliyini vurğuladı.

Tövsiyələr və görüş müzakirələri layihənin birinci məqsədinin uğurla həyata keçirilməsi yönündə layihə iştirakçılarına növbəti təcrübə qazandırdı.