İSİM-də növbəti təşkilatlararası iclas keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

14 MAY 2014

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

2014-cü il mayın 14-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. İclasda İSİM, Səhiyyə Nazirliyinin Qlobal Fond Layihəsinin əlaqələndirilməsi bürosu, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə Milli Ofisi, ÜST-nin Azərbaycan nümayəndəliyi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Xəzər Qayğıkeşlik Layihəsi və “Hb Co Ltd” şirkətinin nümayəndələri iştirak etdilər.

İcma əsaslı reabilitasiya müəssisələrindən söhbət açan Azərbaycana Birgə Yardım Təşkilatının layihə meneceri Züleyxa Nəcəfova fizioterapiya xidmətləri üzrə tenderin elan edildiyini, Norveçdən dəvət olunmuş mütəxəssislər tərəfindən nitq problemi olan uşaqlarla işin təşkili üzrə təlimlərin keçirildiyini, World Vision Azərbaycan ilə əməkdaşlıq çərçivəsində “Gate-keeping” layihəsinin davam etdirildiyini bildirdi.

Xəzər Qayğıkeşlik Layihəsinin Sağlamlıq üzrə məsləhətçisi Stiv Stounhaus layihələr çərçivəsində Ceyranbatanda məcburi köçkünlər arasında göz müayinəsi, müalicəsi və əməliyyatlarının aparıldığından bəhs etdi.

ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova gələn həftə keçiriləcək Ümumdünya Sağlamlıq Assambleyasında Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyevin də iştirak edəcəyini nəzərə çatdırdı. Eləcə də Qlobal Fondun dəstəyilə vərəm və İİV proqramları üzrə yeni təkliflərin hazırlandığı, vərəm proqramı çərçivəsində yeni Milli Strateji Planın hazırlanmasının nəzərdə tutulduğu ilə bağlı məlumat verdi.

Səhiyyə Nazirliyinin Qlobal Found Layihəsinin əlaqələndirilməsi bürosunun mütəxəssisi Fuad Salmanov İİV-lə bağlı mübarizə layihəsi üzrə risk qrupları arasında İİV-in yayılmasının öyrənilməsi istiqamətində təlimlərin keçirildiyini bildirdi.

Regionlarda tibbi yardımın təkmilləşdirilməsi məqsədilə monitorinqlərin aparıldığını deyən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə Milli Ofisinin layihələr üzrə assistenti Cəmilə Kərimova monitorinqlər zamanı klinik protokolların tətbiqi ilə bağlı təqdimatların edildiyini nəzərə çatdırdı. O cümlədən ailə-məişət zorakılığının aşkarlanması istiqamətində aparılan Gender layihəsi və mayın 24-də ailə planlaşdırılması ilə bağlı keçiriləcək konfrans haqqında məlumat verdi.

Palliativ yardımla bağlı Mərkəzin apardığı işlərdən söhbət açan Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndəsi Dilşad Mahmudova İİV/QİÇS-dən vəfat etmiş insanların xatirəsinə həsr olunmuş tədbirlərin keçiriləcəyini nəzərə çatdırdı.

İSİM-in direktoru Ceyhun Məmmədov Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində diplomdansonrakı təhsil sisteminin gücləndirilməsi vasitəsi ilə tibb işçisinin potensialının artırılmasına nail olmaq üçün İSİM-də keçirilən təlimçilərin təlimi barədə geniş məlumat verdi. Direktor həmçinin tərtibi üzərində İSİM-in işlədiyi “Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı”nın təsdiq olunduğunu, klinik protokollardan bir neçəsinin çapa hazır olduğunu bildirdi.

C.Məmmədov iştirakçıları mayın 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında İİV/QİÇS-dən vəfat etmiş insanların xatirəsinə həsr olunmuş simfonik konsert keçiriləcəyi, mayın 31-də isə “Ümumdünya Tütünsüz Günü”ndə “Addım” Yaradıcı Gənclər Assosiasiyası ilə birgə 2-ci “No Smoking” Film Festivalının qala gecəsinin təşkil olunacağı ilə bağlı məlumatlandırdı.

“Hb Co Ltd” şirkətinin informatoru Şəhriyar Səmədzadə layihə çərçivəsində sağlam gələcək naminə Bakının Binəqədi rayonu üzrə məktəblərdə zərərli vərdişlərin insan sağlamlığına vurduğu zərərlərin tibbi aspektlərini əhatə edən seminarların keçirildiyi barədə təqdimat etdi.

Sonda suallar ətrafında maraqlı fikir mübadiləsi aparıldı.