Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında İİV/QİÇS-dən vəfat etmiş insanların xatirəsinə həsr olunmuş konsert keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 MAY 2014

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında İİV/QİÇS-dən vəfat etmiş insanların xatirəsinə həsr olunmuş konsert keçirildi

Hər il mayın üçüncü bazar günü QİÇS-dən vəfat edən insanların Ümumdünya xatirə günü qeyd edilir. Bu gün ilk dəfə insanın immunçatışmazlığı virusu (İİV) infeksiyasından və onun inkişafı nəticəsində insan orqanizmində yaranan qazanılmış immunçatışmazlığı sindromundan (QİÇS) əziyyət çəkən insanlar tərəfindən, bu xəstəlikdən ölənlərin sayının bir neçə min nəfərə çatdığı dövrdə – 1983-cü ildə ABŞ-ın San-Fransisko şəhərində təsis olunub. Artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür. Belə bir tarixi gün məhz onların xatirəsinin yad edilməsi, insanların QİÇS haqqında düşünməsi, irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, hər kəsin bu xəstəlikdən sığortalanmadığını dərk etməsi üçün qeyd olunur. Xatirə günü eyni zamanda cəmiyyətin diqqətini bu problemə cəlb etmək, İİV/QİÇS-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək, geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.

2014-cü il mayın 16-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında İİV/QİÇS-dən vəfat etmiş insanların xatirəsinə həsr olunmuş konsert keçirildi.

İİV/QİÇS-dən vəfat etmiş insanların xatirəsinin Azərbaycanda da ənənəvi olaraq anıldığını nəzərə çatdıran Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova, İSİM-in direktorunun müavini Rahib Məmmədov, İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva İİV/QİÇS-dən vəfat etmiş insanlarla bağlı ölkəmizdə vəziyyət və statistik göstəriciləri qeyd etdilər.

Azərbaycanda 2007-ci ildən etibarən İİV/QİÇS-dən vəfat edənlərin sayının azalmağa başladığını bildirən məruzəçilər bunun Səhiyyə Nazirliyinin İİV/QİÇS problemini daim nəzarətdə saxlaması sayəsində baş verdiyini vurğuladılar: “Müalicə nəticəsində immun sistemi bərpa olunur, xəstələnmə və ölüm hadisələri azalır, xəstələrin ömrü uzanır, həyat keyfiyyəti yüksəlir.”

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumat verilən tədbirdə həmçinin Azərbaycanda problemə qarşı görülən tədbirlərdən, İİV/QİÇS-ə yoluxma yolları, ondan qorunma üsulları, bu infeksiyanın diaqnostika və müalicəsinə dair əhali arasında aparılan təbliğat işlərindən söhbət açıldı. Eləcə də sağlam həyat tərzinin təbliği məqsədilə gələcək fəaliyyətə dair təkliflər dinlənildi.

“QİÇS-lə mübarizədə fəal ol!” şüarı altında keçirilən tədbir Azərbaycan Milli Konservatoriyasının tələbələrinin çıxışı və İİV/QİÇS-dən vəfat etmiş insanların xatirəsinə həsr olunmuş simfonik konsertlə davam etdi.

Sonda Azərbaycanda İİV/QİÇS-dən vəfat etmiş insanların siyahısını özündə əks etdirən təqdimat nümayiş etdirildi.