• 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

12 APREL 2013

İSİM-də Səhiyyə idarəçiliyində kadr potensialının gücləndirilməsi ilə bağlı təlim keçirildi

2013-cü il aprelin 8-12-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Dünya Bankının maliyyələşdirdiyi Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) çərçivəsində Səhiyyə idarəçiliyində kadr potensialının gücləndirilməsi ilə bağlı təlim keçirildi. SSİL-nin nümayəndəsi hazırkı təlimin pilot xarakter daşıdığını və bu cür təlimlərin beş pilot rayonun (Ağdaş, Şəki, İsmayıllı, Qax və Abşeron) səhiyyə idarəçiliyində çalışan mütəxəssislər (baş həkimlər, baş həkim müavinləri, kadrlar üzrə mütəxəssislər, iqtisadçılar, hüquqşünaslar, həkim-statistlər, həkim-metodistlər) üçün keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. Aprel-iyun aylarını əhatə edəcək təlimlərin keçirilməsində məqsəd ilkin səhiyyə sektorunda tibb xidmətlərinin təkmilləşdirilməsi, xəstəxanaların idarə edilməsi aspektlərinin öyrənilməsidir.

Azərbaycanın səhiyyə sistemində irəliyə doğru geniş addımların atıldığı və dövlət tərəfindən xəstəxanalara ayrılmış maliyyə sayəsində tibb xidmətlərinin təkmilləşdirilməsi barədə məlumatlı olduğunu bildirən səhiyyə menecmentliyi üzrə beynəlxalq mütəxəssis Frederik Roeder hazırkı təlimin iştirakçılar üçün əhəmiyyətindən söhbət açdı.

Təlim ərzində səhiyyədə idarəçiliyin əsas prinsiplərindən, biznes idarəçiliyinin konsepsiyalarından bəhs edildi. İştirakçılar məhdud resurslardan mümkün qədər səmərəli istifadə etmək məqsədilə biznes idarəçiliyinin zəruri komponentləri barədə ümumi məlumatla tanış oldular. F.Roeder səhiyyə xidmətlərinin maliyyə idarəçiliyi, maliyyə bəyannamələri arasındakı fərq və zamanla pul arasındakı əlaqənin geniş izahını verdi.

Səhiyyə iqtisadiyyatı və tibbi texnologiyanın əsas aspektlərini diqqətə çatdıran təlimçi Almaniya səhiyyəsinin təcrübəsindən nümunələr gətirdi.

Təlim ərzində müəyyən tibbi xidmətlərin tələbindəki irəliləyiş və tendensiyaların proqnozlaşdırılmasının tibbi xidmətlərin planlaşdırılması üçün əsas olduğu nəzərə çatdırıldı. F.Roeder xəstəxana və tibbi xidmət idarəçiliyi daxilində müxtəlif təşkilati konsepsiyaların iştirakçılara öz regional səhiyyə sistemini təkmilləşdirməyə və yerli infrastrukturdan əhəmiyyətli dərəcədə istifadə etməyə yardım etdiyini vurğuladı.

İştirakçılar həmçinin tibbi texniki avadanlıqların prioritetləşdirilməsi və səhiyyə komandaları ilə əməkdaşlığı gücləndirərək tibbi cihazların istifadəsini artırmaq üsulları ilə bağlı biliklərə yiyələndilər.