31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş “Tütünsüz həyat: Sən özün yarat!” şüarı altında keçirilən Fotomüsabiqənin 1-ci mərhələsi başa çatdı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

25 MAY 2012

31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş “Tütünsüz həyat: Sən özün yarat!” şüarı altında keçirilən Fotomüsabiqənin 1-ci mərhələsi başa çatdı

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və "İRƏLİ" İctimai Birliyinin təşkilati dəstəyi ilə “31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş “Tütünsüz həyat: Sən özün yarat!” şüarı altında keçirilən Fotomüsabiqənin 1-ci mərhələsi başa çatdı. Təşkilatçılar müsabiqəyə qoşulan və işlərini təqdim edən hər bir iştirakçıya təşəkkür edir, hər birinin əməyini yüksək dəyərləndirir!

Müsabiqənin 2-ci mərhələsində müsabiqənin şərtlərinə cavab verən hər bir fotoşəkil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və nəticədə qaliblər seçiləcəkdir. Müsabiqənin qaliblərinin mükafatlandırılması 2012-ci il 31 may tarixində İSİM-də keçiriləcək.

Eyni zamanda müsabiqəyə təqdim olunmuş və müsabiqənin şərtlərinə cavab verən fotoşəkillər səsvermə üçün 2012-ci il mayın 25-dən mayın 30-u saat 12:00-dək İSİM-in Facebook səhifəsində yerləşdirilir. Ən çox səs toplayan fotoşəkilin müəllifi mayın 31-də xüsusi hədiyyə ilə təltif ediləcək.