25 MAY 2012
İSİM-də Əsas tibb xidmətləri paketinin formasının və Azərbaycanda həyata keçirilmə konsepsiyalarının təqdimatı keçirildi
2012-ci il mayın 25-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Əsas tibb xidmətləri paketinin Azərbaycanda mümkün olan həyata keçirilmə konsepsiyalarının təqdimatı keçirildi. Təqdimat beynəlxalq təşkilat AbtAssociatesin layihə çərçivəsində baş tutdu.
Seminarda İSİM, Səhiyyə Sektorunda İslahatlar Layihəsinin icraçı bürosu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı, Amerikanın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və AbtAssociatesin nümayəndələri də iştirak etdilər.
Təqdimatı giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov iştirakçıları salamlayaraq seminarın əhəmiyətini vurğuladı.
Daha sonra AbtAssociatesin eksperti Piter Köley çıxış etdi. Seminarın məqsədi Əsas tibb xidmətləri paketinin konsepsiyasının formalaşmasını səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatlara daxil etməkdən ibarət idi. Seminar zamanı ekspert Əsas tibb xidmətləri paketinin üstünlüklərini, zəif tərəflərini xüsusilə qeyd etdi. Daha sonra P.Köley həm nəzəri, həm də praktiki komponentlərə toxundu.
Sonda fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.