İSİM-də “Kommunikasiya vasitəsilə davranışın dəyişdirilməsi” mövzusunda təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

23 MAY 2012

İSİM-də “Kommunikasiya vasitəsilə davranışın dəyişdirilməsi” mövzusunda təlim keçirildi

2012-ci il mayın 22-23-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Kommunikasiya vasitəsilə davranışın dəyişdirilməsi” mövzusunda təlim keçirildi. Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi çərçivəsində AbtAssociates-in təşkilatçılığı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD-in maliyyələşdirdiyi 2 günlük təlimdə İSİM-in əməkdaşlarından ibarət qrup iştirak etdi.

Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin Səhiyyə Kommunikasiyası üzrə Proqram meneceri Ayla Ələsgərova ilk növbədə kurs barədə ümumi məlumat verdi, təlimin məqsədlərini nəzərə çatdırdı. Həmçinin təlimin strategiya və tədbirlərin icrasını effektiv şəkildə idarə etmək üçün iştirakçıları Davranışın Dəyişdirilməsi üzrə Kommunikasiya (DDK) yanaşmaları və alətləri barədə ətraflı məlumatlandırmaq məqsədilə keçirildiyini vurğuladı. Məruzə əsnasında DDK-nin sağlamlıq kontekstində yerindən bəhs edildi və DDK proses kimi nəzərdən keçirildi. Bu prosesin icrasında atılan metodoloji addımlar, eyni zamanda DDK strategiyasının həyata keçirilməsi zamanı davranış nəzəriyyələrinin tətbiqindən söhbət açıldı.

DDK üzrə mütəxəssis, AbtAssociates ABŞ-dakı Baş ofisinin nümayəndəsi Caytie Decker iştirakçıları effektiv mesajların hazırlanması və media planlanlaşdırması istiqamətində kommunikasiyanın əhəmiyyəti barədə məlumatlandırdı. DDK strategiyasının uğurla idarə edilməsində vacib olan şərtləri diqqətə çatdıran C.Decker DDK tədbirlərini qiymətləndirmək üçün əsas addımları sadaladı.

Təlimçilər davranışın dəyişdirilməsinə yönəlmiş fəaliyyət çərçivəsində vəziyyətin təhlili və auditoriyanın öyrənilməsində yaradıcı yanaşmanın vacibliyini vurğuladılar. Eləcə də DDK mesaj və materiallarının hazırlanması, ilkin yoxlanılması və düzəlişlərin edilməsi, DDK Strategiyalarının İcrası, monitorinq və qiymətləndirmə haqqında məlumat verildi.

Təlim ərzində iştirakçılar əldə etdikləri nəzəri bilikləri çalışmalarda tətbiq etdilər.