İSİM-də Səhiyyə Sistemində Monitorinq və Qiymətləndirmə metodologiyasından istifadənin yekun hesabatının təqdimatı oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

15 MART 2012

İSİM-də Səhiyyə Sistemində Monitorinq və Qiymətləndirmə metodologiyasından istifadənin yekun hesabatının təqdimatı oldu

2012-ci il martın 15-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Sistemində Monitorinq və Qiymətləndirmə metodologiyasından istifadənin yekun hesabatının təqdimatı oldu. Yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi görüşdə Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupunun əməkdaşları Səkinə İsmayılova və İsa Əliyev Səhiyyə Sistemində Milli Səmərələşdirmə Planının İcrasının Monitorinq və Qiymətləndirilməsi barədə ümumi məlumat verdi. Daha sonra layihə məsləhətçisi M.Kohut Azərbaycanda səhiyyə müəssisələrinin səmərələşdirilmə planının icrası istiqamətlərindən məruzə etdi. Planda nəzərdə tutulan addımların həyata keçirilməsi üçün 5 pilot və 5 seçmə rayonun seçildiyini vurğulayan layihə məsləhətçisi nəticələrin hər iki qrup rayon arasındakı fərqlərin müəyyənləşdirilməsinə imkan verdiyini bildirdi.

Görüş əsnasında Səhiyyə Sektorunda İslahatlar Layihəsi və Milli Səmərələşdirmə Planının məzmunu haqqında ətraflı söhbət açıldı. Monitorinq və Qiymətləndirmə metodologiyasında istifadə edilən 5 əsas yanaşma, tipik üsullar və alətlərdən bəhs edildi. Planın əhaliyə keyfiyyətli tibbi xidmətlərin çatdırılması məqsədini daşıdığını deyən M.Kohut nəticələrin qarşıya qoyulan məqsədlərə uyğun gəlib-gəlmədiyini qrafik sxemlərlə nümayiş etdirdi. Sonda bu metodologiyanın gələcəkdə növbəti monitorinq və qiymətləndirmələrin aparılmasında, müvafiq tapşırıqların yerinə yetirilməsində effektivliyi vurğulandı.