İSİM-də Azərbaycanda inteqrasiya edilmiş səhiyyə idarəçiliyi ilə bağlı seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 MART 2012

İSİM-də Azərbaycanda inteqrasiya edilmiş səhiyyə idarəçiliyi ilə bağlı seminar keçirildi

2012-ci il martın 16-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycanda inteqrasiya edilmiş səhiyyə idarəçiliyi ilə bağlı seminar keçirildi. Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupunun əməkdaşı İsa Əliyev seminar iştirakçılarını salamlayaraq, layihə barədə məlumat verdi. Çıxışda səhiyyə sisteminin potensialının gücləndirilməsinin və əhaliyə keyfiyyətli tibbi xidmətin çatdırılması işinin möhkəmləndirilməsinin layihənin məqsədi olduğu nəzərə çatdırıldı. Eləcə də layihə çərçivəsində beynəlxalq təcrübədən istifadə olunmaqla, Azərbaycanın səhiyyə sistemində idarəçilik üzrə tədris proqramının hazırlanacağı bildirildi.

Avstriyanın FH Krems Universitetinin Səhiyyə idarəçiliyi proqramının direktoru Stefan Baronovski seminarın mövzusunu elan etdi. Gələcək təlimin səhiyyədə qərar verənlər, səhiyyədə işləyən və səhiyyədə işləmək istəyən insanlar üçün keçiriləcəyi qeyd olundu. Azərbaycanın səhiyyə sistemində idarəçilik üzrə tədris proqramının hazırlanması üçün araşdırmaların aparılacağından və beynəlxalq ekspertlər tərəfindən tövsiyələrin veriləcəyindən bəhs edildi. Bu istiqamətdə milli və beynəlxalq səhiyyə sistemlərinin təcrübələrinin nəzərdən keçiriləcəyi bildirildi. S.Baronovski səhiyyə sistemində çalışan mütəxəssislərin idarəçiliyin sirlərinə bələd olmalarının və uğurlu fəaliyyətləri ilə təmsil etdikləri müəssisənin uğurunu təmin etmələrinin vacibliyini vurğuladı. Sonda proqramın tətbiqinə dair iştirakçılar fikir mübadiləsi apardılar.