Azərbaycanda kəskin bağırsaq infeksiyaları üzərində nəzarəti üzrə müşavirə | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

19 NOYABR 2009

Azərbaycanda kəskin bağırsaq infeksiyaları üzərində nəzarəti üzrə müşavirə

19 noyabr 2009-cu il tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun dəstəyi ilə Azərbaycanda kəskin bağırsaq infeksiyaları üzərində nəzarətə həsr olunmuş müşavirə keçirildi.

Tədbirin keçirilməsində başlıca məqsəd ölkəmizdə kəskin bağırsaq infeksiyaları (KBİ) xəstəliklərinin idarə olunması və onlar üzərində nəzarətin mövcud strategiyalarını nəzərdən keçirərək, onların təkmilləşdirilməsi sahəsində prioritet istiqamətlərin müəyyənləşdirilməsi idi. Bununla yanaşı keçirilən müşavirə, Səhiyyə Nazirliyi tərəfindən kəskin bağırsaq infeksiyaları üzərində aparılan epidemioloji nəzarətlə əlaqədar tədbirlər haqqında məlumatı iştirakçılara çatdırmaq və gələcəkdə atılacaq addımları birgə müzakirə etmək məqsədləri də daşıyırdı.

Tədbirdə 2007-2009-cu illərdə ÜST-ün dəstəyi ilə həyata keçirilən rotavirus infeksiyaları üzərində kəşfiyyat xarakterli nəzarət göstəricilərinin nəzərdən keçirildi, müasir imkanlar (xəstəliklərə nəzarət göstəriciləri bankı, laborator imkanların gücləndirilməsi və s.) çərçivəsində, epidemioloji və laborator komponentlər də daxil olmaqla, KBİ-lər üzərində nəzarətin vəziyyəti və bu sahədə mövcud tələblərin müzakirəsi aparıldı. Həmçinin, KBİ-rın müalicə və profilaktikası üzrə məlumatların təqdimatı və müzakirəsi və onun idarə edilməsi sahəsində prioritet istiqamətlərin müəyyənləşdirilməsi və müzakirələrin nəticələrinə əsasən, tövsiyələrin hazırlanması həyata keçirildi.

Müşavirədə Ümumdünya Səhiyyə Təşkilatı, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı Şəhəri Baş Səhiyyə İdarəsi, Respublika Taun Əleyhinə Stansiya, Su nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycan ofisi, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin nümayəndələri iştirak etdilər.