«Səhiyyə kommunikasiyası mütəxəssisləri üçün rəhbər vəsait» adlı kitabın təqdimatı keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

7 AVQUST 2009

«Səhiyyə kommunikasiyası mütəxəssisləri üçün rəhbər vəsait» adlı kitabın təqdimatı keçirildi

07 avqust 2009-cu il tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) «Səhiyyə kommunikasiyası mütəxəssisləri üçün rəhbər vəsait» adlı kitabın təqdimat mərasimi keçirildi.

İSİM və USAİD-nın İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə işıq üzü görən vəsait ABŞ-ın Cons Hopkins Universiteti Blumberq İctimai Səhiyyə Məktəbi Kommunikasiya Proqramları Mərkəzi tərəfindən hazırlanmış kitabın Azərbaycan dilində tərcüməsidir. Azərbaycanda səhiyyə kommunikasiyası üzrə ilk təlimlər 2006-cı ildə keçirilib. İSİM tərəfindən 2007-ci ildən başlayaraq səhiyyə kommunikasiyası mütəxəssisləri üçün davamlı təlimlər keçirilir, xarici ölklərin təcrübəsi öyrənilir və bu sahədə müxtəlif yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. 2009-cu ilin fevral-mart aylarında İSİM-də USAİD-nin dəstəyi ilə ABŞ-nın Cons Hopkins Universiteti Blumberq İctimai Səhiyyə Məktəbi Kommunikasiya Proqramları Mərkəzinin eksperti Benjamen Lozare tərəfindən səhiyyə kommunikasiyası mütəxəssisləri üçün təlimlər keçirilmişdir.

Tədbirdə kitabın əhali arasında sağlamlığın təbliğatı üçün kommunikasiya strategiyasının hazırlanmasında addım-addım yanaşmanın göstərildiyi və bir neçə dünya ölkələrinin təcrübəsindən nümunələrin yer alması diqqətə çatdırıldı. Kommunikasiya mütəxəssisləri üçün bu kitab, xüsusi əhali qrupları arasında sağlamlığın inkişaf etdirilməsində cəhdlərin istiqamətləndirilməsi üçün hərtərəfli praktik vasitələr və addımlar toplusudur. Kitabın hər bir fəslində köməklik məqsədilə təsvir olunmuş proseslər və konsepsiyaların tətbiq edilməsi üçün tapşırıqlar, nümunələr və köməkçi ifadələr yer alıb.

Tədbirdə iştirak edənlər bu sahənin Azərbaycanda yeni olduğunu və kitabın səhiyyə mütəxəssisləri tərəfindən geniş müzakirəsinin aparılmasının vacibliyini qeyd etdilər.

Təqdimat mərasimində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin, Ombudsman Aparatının, Ümumdünya Səhiyyə Təşkilatının, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının, Vişnevskaya-Rastropoviç Fondunun, «Səhiyyənin İnkişafına Dəstək» İctimai Birliyinin, «Həyat» Beynəlxalq Humanitar Təşkilatının, Qan Donorları Assosiasiyasının, Sağlamlığa Çağırış Alyansının, eləcə də kütləvi informasiya vasitlərindən «Mərkəz» qəzetinin və «Vesti.az» saytının təmsilçilər iştirak edirdilər.