• İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

10 İYUL 2009

Diplomdanqabağı və diplomdan sonrakı təhsil müəssisələrində “Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması” strategiyasının komponentləri üzrə tədrisin gücləndirilməsi

2009-cu il iyulun 8-9–da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində diplomdanqabağı və diplomdan sonrakı təhsil müəssisələrində “Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması” strategiyasının müvafiq komponentləri üzrə tədrisin gücləndirilməsi mövzusunda konfrans keçirilmişdir. “Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması” strategiyası uşaq sağlamlığı ilə əlaqədar problemlərin həllinə ictimai səhiyyə baxımından yanaşmanı nəzərdə tutur. Uşaqlar üçün tibbi xidmətlərin çoxu ilkin səhiyyə müəssisələrində göstərildiyinə görə onların sağlamlılığının möhkəmləndirilməsi ilə yanaşı ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması tibbi xidmətlərə olan tələbatı azaldır. Tədbirin əsas məqsədi uşaq sağlamlığının möhkəmləndirilməsi, ilkin səhiyyə səviyyəsində uşaqlara göstərilən tibbi xidmət üzrə tədris proqramının gücləndirilməsi və daha səriştəli tibb işçilərinin hazırlanması üçün ÜST-nin tövsiyələri ilə tanış olmaqdan, onların Azərbaycanda tətbiqinin mümkünlüyü və yollarını müzakirə etməkdən ibarət idi.
Konfransda Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspertləri Aygül Kuttumuratova və Ketavan Şaranqiya, Səhiyyə Nazirliyinin elm, kadrlar və təhsil şöbəsinin baş məsləhətçisi Nəcibə Hüseynova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pedaitrı Nəsib Quliyev, Səhiyyə Nazirliyinin Ana və Uşaq layihəsi üzrə milli koordinatoru Təranə Tağızadə, Abt. Associates təşkilatının Səhiyyə Proqramının meneceri Dinarə Abbas, Azərbaycan Tibb Universitetinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, orta ixtisas tibb məktəblərinin, Elmi Tədqiqat Mamalıq və Ginekologiya Institutunun və digər tibb müəssisələrinin mütəxəssisləri iştirak etmişdirlər.