“Uşaq sağlamlığı sahəsində ailə və icma təcrübəsinin artırılması” mövzusunda konfrans keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

7 İYUL 2009

“Uşaq sağlamlığı sahəsində ailə və icma təcrübəsinin artırılması” mövzusunda konfrans keçirildi

6 iyul 2009-cu il tarixdə İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Uşaq sağlamlığı sahəsində ailə və icma təcrübəsinin artırılması” mövzusunda konfrans keçirildi.

Konfransda hər il dünyada 5 yaşına qədər ölən uşaqların sayının 10 milyondan artıq olduğu qeyd olundu. Bu uşaq ölümlərinin yarısının səbəbini isə diarreya, kəskin respirator infeksiyalar, qızılca və malyariya kimi xəstəliklər təşkil edir.
2000-ci ildə Azərbaycan hökuməti BMT üzvü olan 188 ölkə sırasında Minilliyin Bəyannaməsini imzalayıb. Minilliyin İnkişaf Məqsədlərindən biri 2015-ci ilədək uşaq ölümünü azaltmaqdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin “Uşaqlıq dövrü xəstəliklərinin birgə aparılması” (UDXBA) üzrə 15-19 iyul 1997-ci il tarixdə Kopenhagendə keçirilmiş müşavirəsində Azərbaycana regionda UDXBA-nın başlanğıc mərhələ¬sinin tətbiq edildiyi ölkələrdən biri olmaq təklif edildi. Azərbaycanda UDXBA strategiyasının başlanğıc (1997-1999-cu illər) və erkən (2002-2007-ci illər) tətbiq edilmə mərhələləri ÜST-nin Avropa Bürosu, UNİCEF və beynəlxalq təşkilatların texniki dəstəyi ilə bir neçə pilot rayonlarında həyata keçirilmişdir.

Konfransda uşaq sağlamlığının qorunmasında ailənin mühüm rol oynadığı və cəmiyyətin bu işdə maraqlı olmasının vacibliyi qeyd olundu. 5 yaşınadək uşaqların xəstəliklərdən qorunması istiqamətində ailə və cəmiyyətdə təbliğat işlərinin aparılmasının və maarifləndirilməsinin əhəmiyyəti konfrans iştirakçılarının diqqətinə çatdırıldı. Bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan islahatlar çərçivəsində ilkin səhiyyə işçilərinin ailə və cəmiyyətlə ünsiyyət bacarığının yaxşılaşdırılması sahəsində xeyli işlərin görüldüyü qeyd edildi.

Konfransda Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdir müavini Elmira Əliyeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun məsləhətçisi Aygül Kuttumuratova, ÜST-nin beynəlxalq eksperti Ketevan Şarangiya, Uşaq Bərpa Mərkəzinin direktoru Nurlana Həsənova, Səhiyyə Nazirliyinin Ana və Uşaq Sağlamlığı üzrə Milli Koordinator Təranə Tağızadə, Səhiyyə Sektorunda İslahatlar qrupunun (PİU), Bakının uşaq poliklinikaları və xəstəxanalarının nümayəndələri, Qax, Masallı, Yardımlı, Lerik və Abşeron rayonlarının tibb işçiləri iştirak etdilər.