• Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi
  • 11th European Public Health Conference, Ljubljana, Slovenia
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
  • Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
  • İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu
  • Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

19 MART 2009

İctimai Səhiyyə və İslahatlar Mərkəzində Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

Martın 19-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə Azərbaycanda vərəm xəstəliyi ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verilərək, Səhiyyə Nazirliyinin vərəmlə mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi xüsusi vurğulandı. Vərəm xəstəliyi ilə mübarizənin səmərəli qurulması üçün son illərdə ölkədə istinad laboratoriyaların tikilməyi və müasir avadanlıqlarla təchiz edildiyi, vərəmli xəstələrin elektron informasiya məlumat bazasının yaradıldığı, regionlarda vərəmin ilkin aşkarlanması üçün laboratoriyaların qurulduğu qeyd edildi. Ötən ildən etibarən apteklərdən vərəmli xəstələrə dərmanların satışının qadağan edildiyi vurğulanıb və qeyd olunub ki, bundan sonra bu xəstələrin respublikadakı vərəm əleyhinə dispanserlərə müraciətlərinin sayı artıb. Tədbirdə cəzaçəkmə müəssisələrində olan məhkumlar arasında vərəmlə mübarizə sahəsində görülən işlərin səmərə verdiyi bildirilib. Həmçinin vərəmlə mübarizə sahəsində bir sıra problemlərin olması da diqqətə çatdırılıb. Belə problemlər içərisində vərəmli xəstələrin dərmanlarla təmin edilməsi məsələsinin prioritet olduğu qeyd edilib. Bu mövzu ətrafında gedən müzakirələr zamanı problemin aradan qaldırılması üçün Səhiyyə Nazirliyi və beynəlxalq təşkilatların birgə fəaliyyətinin səmərəli olacağı vurğulanıb. Tədbirdə bu sahədə peşəkar kadrların, birinci növbədə ftiziatrlar çatışmamazlığı probleminə də toxunuldu. Dəyirmi masada ftiziatriya ixtisasına gənc mütəxəssislərin cəlb olunması, yeni kadrların hazırlanması ilə bağlı konkret təkliflər səsləndi. Tədbirdə Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Ümumdünya Səhiyyə Təşkilatının, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun, Vərəm Əleyhinə Dispanserlərin, Qlobal Fondun, USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi layihəsinin, Azərbaycan Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak edirdilər.