17 MART 2009
İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyə Kommunikasiyası üzrə Milli Strategiyanın hazırlanması” mövzusunda ikigünlük seminar keçirildi
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyə Kommunikasiyası üzrə Milli Strategiyanın hazırlanması” mövzusunda keçirilmiş seminarın əsas məqsədi Azərbaycanda səhiyyə kommunikasiyası üzrə Milli Strategiyanın ilkin variantının hazırlanmasına yönəlmişdir.
Tədbir USAİD-in “İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi” layihəsinin dəstəyi ilə həyata keçirilmişdir. Seminarda strategiyanın ilkin variantının hazılanması üçün USAİD tərəfindən beynəlxalq ekspert də dəvət olunmuşdur. Seminarda müxtəlif yerli ekspertlər səhiyyənin səmərəliliyinin artırılması, ilkin səhiyyənin inkişaf etdirilməsi və digər bu kimi məsələlər ətrafında çıxışlar ediblər. İştirakçılar tərəfindən ilkin olaraq səhiyyə kommunikasiyasında əsas hədəf sahələr müəyyənləşdirildi. Həmçinin mövcud problemlərin aradan qaldırılması istiqamətində Səhiyyə Nazirliyi ilə yanaşı, müvafiq dövlət qurumlarının əhəmiyyətli rola malik olması da vurğulandı.
Seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Sektorunda İslahatlar layihəsi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi, Təhsil Nazirliyi, Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, USAİD, ACQUİRE Layihəsi, UNİCEF, World Vision, Global Fond, İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi layihəsi və digər təşkilatların nümayəndələri iştirak ediblər.
İSİM-in Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr şöbəsi