İctimai Səhiyyə və İslahatlar Mərkəzində Ümumdünya Sağlamlıq Günü qeyd edildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

8 APREL 2009

İctimai Səhiyyə və İslahatlar Mərkəzində Ümumdünya Sağlamlıq Günü qeyd edildi

Aprelin 7-də İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş görüş keçirildi.
    1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il bu əlamətdar günün mövzusu ÜST prioritet saydığı bir problemi dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirir. 2009-cu ilin Ümumdünya Sağlamlıq Günü fövqəladə hallarda tibb müəssisələri mövzusuna – "İnsan həyatını xilas edək. Fövqəladə hallarda xəstəxanaların təhlükəsizliyini təmin edək" – həsr edilmişdir. Bunda məqsəd tibb müəssisələrinin fövqəladə hallara davam gətirməsi, həm böhran vəziyyətlərində, həm də onlardan sonra xəstələri müalicə edə bilməsi üçün hazırlıq aparılmalı olduğu haqqında tələbin daha da gücləndirilməsidir.
    ÜST-nin Azərbaycan üzrə ölkə ofisi ilə birgə keçirilmiş tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun, Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Tibb Şöbəsinin, BMT agentliklərin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Vişnevskaya-Rastropoviç Fondunun, Beynəlxalq Qızıl Xaç Komitəsinin, BMT agentliklərin, USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin və digər təşkilatların nümayəndələri iştirak edib.
    Görüşdə ÜST-nin Avropa Regional Bürosunun Fövqəladə Hallar üzrə Hazırlıq və Cavabvermə proqramının koordinatoru Qabit İsmaylovun məruzəsi dinlənildi.
    Görüş zamanı tibb müəssisələrinin fövqəladə hallara davam gətirməsi və böhran vəziyyətlərində hazırlıq işinin daha da gücləndirilməsinin əsas məqsəd olduğu vurğulandı. Tibb müəssisələrinin qorunması, fövqəladə vəziyyət zamanı və ondan sonra tibbi yardım göstərilməsini davam etdirmək imkanının təmin olunması üçün planlaşdırma və hazırlığın zəruri olduğu qeyd olundu. Normal səviyyədə tibbi yardım göstərilməsini davam etdirmək və fövqəladə vəziyyət nəticəsində artmış tələblərin effektiv şəkildə öhdəsindən gəlmək üçün tibb müəssisəsinin fövqəladə cavab tədbirləri planları və hazırlıqlı işçi qüvvəsinin olmasının vacibliyinə toxunuldu.