9 APREL 2026
“Sağlam dünya – sağlam gələcək” adlı tədbir təşkil olunub
Azərbaycan Tibb Universitetində (ATU) 7 aprel – Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirilib. ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva iştirakçıları salamlayaraq, bu günlə bağlı keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. ATU-nun Tədris işləri üzrə prorektoru, professor Anar Ağayev, Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan, Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov və başqaları çıxış edərək, Ümumdünya Sağlamlıq Gününün mahiyyətindən söz açıblar.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Teymur Musaoğlu geniş təqdimatla çıxış edib. Müasir dövrdə səhiyyə sahəsində müxtəlif rəqəmsal platformaların, innovativ layihələrin və xidmətlərin mövcud olduğunu qeyd edən natiq, bu imkanların həm mütəxəssislər, həm də vətəndaşlar üçün geniş perspektivlər açdığını vurğulayıb.
Tədbir çərçivəsində tələbələrin iştirakı ilə sağlam həyat tərzini təbliğ edən səhnəcik təqdim olunub. Yekunda fəal tələbələr sertifikat və hədiyyələrlə təltif ediliblər.









