Azərbaycanda təxirəsalınmaz pediatriya üçün PALS üzrə ilk VR-trenajor təqdim olunub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

5 YANVAR 2026

Azərbaycanda təxirəsalınmaz pediatriya üçün PALS üzrə ilk VR-trenajor təqdim olunub

Azərbaycanda həkimlərin PALS (Pediatrik Təkmil Həyata Dəstək Təlimi) protokolu üzrə  təxirəsalınmaz yardım bacarıqlarının öyrənilməsi məqsədilə, tibbi təhsil alan tələbələr üçün VR-simulyasiya (Virtual reallıq) hazırlanıb. Tərtibatçılar bu proqramın ölkəmizdə və Cənubi Qafqazda ilk olduğunu bildiriblər.

Layihə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) sifarişi əsasında “Azdimension” şirkəti tərəfindən həyata keçirilib. Proqram Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin, eləcə də müvafiq kafedranın müəllim və klinisistləri ilə birgə tədrisi üçün nəzərdə tutulub. Simulyasiya yerli klinik reallıqlara və tədris proqramlarına uyğunlaşdırılıb, interfeys isə Azərbaycan dilində hazırlanıb.

ATU müəllimlərinin köməyi ilə hazırlanan bu proqramda tələbənin VR dəbilqəsini taxaraq virtual reanimasiya palatasına düşməsi,  monitorların səsini eşitməsi, uşağın vəziyyətindəki dəyişiklikləri görməsi və pasiyentin həyatını xilas etmək üçün təcili qərarlar qəbul etməsi əks olunub. Alqoritm üzrə təlimatların məşq etdirilməsi, tənəffüs və nəbzin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasına başlanılması, dərmanların dozaların hesablanılması, defibrillasiya, komanda işi, nəticələr və vaxt göstəricilərinin qeydə alınması, daha sonra isə səhvlər və güclü tərəflər üzrə təhlil aparılması proqramlaşdırılıb.

Qeyd edək ki, indiyədək pediatrik reanimasiya üzrə təlim daha çox manekenlərə və nadir xarici təcrübə proqramlarına əsaslanaraq aparılıb. Amma manekenlər üçün  xərclər, ayrıca məkan və instruktora ehtiyac və s. məsələlərlə müqayisədə VR- simulyasiyanın əsas üstünlüyü  “mövcudluq effekti” göstərərək, xəstəyə risk yaratmadan, real stres və vaxt təzyiqini formalaşdırmasıdır.

Tibb müəssisələri, universitet və kolleclərdə təşkil oluna bilən bu proqramla  məşğələlər üçün standart kompüter və VR-qarnitura kifayətdir; sərfiyyat materialları və böyük simulyasiya mərkəzinə ehtiyac yoxdur — bu da regionlarda miqyaslandırma və əlçatanlığı asanlaşdırır.

Daha ətraflı:

https://drive.google.com/file/d/1lJmGDlPAZwM9uXJP4OiIBKHgiqWDPPgH/view 

#SəhiyyəNazirliyi#İSİM#tibb #VR #PALS #pediatriya #simulyasion_təlim #Azərbaycan

Şəkil