22 DEKABR 2025
Həkim və tibb bacıları üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə “KURORT” QSC-nin sanator-kurort müəssisələrinin tibb heyəti üçün növbəti təlim olub.
Abşeron sanatoriyasında həkim və tibb bacıları üçün “İlk yardımın göstərilməsi” üzrə əyani və praktiki təlim keçirilb.
Təlim İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tərəfindən aparılıb. Təlimlərin müxtəlif mövzularda 12 həftə davam etməsi nəzərdə tutulub.









