İSİM-in nümayəndəsi Buxarada keçirilən XII Avrasiya Uşaq Həkimləri Konqresində iştirak edib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

20 OKTYABR 2025

İSİM-in nümayəndəsi Buxarada keçirilən XII Avrasiya Uşaq Həkimləri Konqresində iştirak edib

Özbəkistan Respublikasının Buxara şəhərində 17-18 oktyabr 2025-ci ildə “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda XII Avrasiya Uşaq Həkimləri Konqresi keçirilib. Tədbirdə yalnız Özbəkistandan deyil, həmçinin Azərbaycan, Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Çin, Qazaxıstan, ABŞ, Polşa və digər ölkələrdən pediatriya və uşaq cərrahiyyəsi, ictimai səhiyyə mütəxəssisləri, pedaqoq və gənc alimlər iştirak ediblər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva tədbirdə iştirak edib. Konqres çərçivəsində böyüklərdə və uşaqlarda kəskin respirator virus infeksiyaları və qripin diaqnostikası, müalicəsi üçün Beynəlxalq Vahid Klinik Tövsiyələrin (BVKT) hazırlanması üzrə Beynəlxalq Ekspertlər Şurasının iclası keçirilib.

İkigünlük tədbir çərçivəsində uşaqların sağlamlığı, qidalanması, inkişafı, onlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması və s. aktual mövzular üzrə müzakirələr aparılıb.

Şəkil