8 DEKABR 2025
Peyvəndlə əhatə səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə sorğu keçirilib
Azərbaycan Respublikası üzrə peyvəndlə əhatə səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən sorğu keçirilib.
Sorğu bu ilin oktyabr-noyabr aylarında Bakı, Sumqayıt şəhərləri və Xaçmaz, İsmayıllı, Tovuz, Bərdə, Salyan, Masallı, Göyçay rayonlarında aparılıb. Tibb müəssisələrində 0–7 yaş arası uşaqların 600 ambulator kartlarından unikal kodların seçilməsi əsasında monitorinq olunub, eyni zamanda, həmin uşaqların valideynləri peyvəndlə bağlı sorğuya cəlb edilib.
Qeyd edək ki, sorğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2023-cü il 20 iyun tarixli 508s Sərəncamı ilə təsdiq edilmiş “2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilib.









