Səhiyyə Nazirliyi Qarabağ Universitetində tələbələr üçün interaktiv tədbir təşkil edib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

8 DEKABR 2025

Səhiyyə Nazirliyi Qarabağ Universitetində tələbələr üçün interaktiv tədbir təşkil edib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində “Antibiotiklərdən sui-istifadəyə yox deyək!” mövzusunda interaktiv tədbir keçirilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıqla təşkil edilən tədbirin məqsədi antibiotiklərin düzgün istifadəsinə dair fikir mübadiləsi aparmaq, gənc nəsli bu mövzuda maarifləndirmək olub.
 
Tədbirdə universitetin müəllim və tələbələri, səhiyyə işçiləri və ÜST-nin nümayəndələri iştirak ediblər.
İSİM-in direktoru Səbinə Babazadə müasir təhsil modeli ilə seçilən Qarabağ Universitetinin tibbi təhsil alan tələbələrinə uğurlar arzulayıb. O, müasir tibb elminin vacib sahəsinə çevrilən ictimai səhiyyənin aktual istiqamətlərindən, ölkəmizdə sağlamlığın qorunması məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb.
 
ÜST-nin Azərbaycan nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova, İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva, Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva və Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyevanın çıxışlarında antibiotiklərdən düzgün istifadənin təşviqi ilə bağlı ətraflı məlumat verilib.
 
Bildirilib ki, hər il Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsi çərçivəsində keçirilən tədbirlərin, bu istiqamətdə aparılan maarifləndirilmənin məqsədi antibiotiklərdən lüzumsuz istifadənin qarşısını almaq və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin edilməsinə nail olmaqdır.
 
Tədbir interaktiv oyunla davam edib. Tələbələr antibiotiklərlə bağlı sualları cavablandırıb, təkliflərini bildirib, maarifləndirmənin əhəmiyyətini vurğulayıblar. İştirakçılara xatirə hədiyyələri və geniş çeşiddə maarifləndirici materiallar təqdim edilib.
Yekunda qonaqlar universitetlə, dərs otaqları ilə tanış olublar.
 
Şəkil