Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Uşaq Günü keçirilib. | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

17 NOYABR 2025

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Uşaq Günü keçirilib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 20 oktyabr-20 noyabr “Uşaq hüquqları aylığı” çərçivəsində və 20 noyabr – Ümumdünya Uşaqlar Günü ərəfəsində Uşaq Günü keçirilib. Uşaqlara diqqətin daha da artırılmasını təbliğ edən tədbirin məqsədi İSİM-də, o cümlədən digər səhiyyə müəssisələrində çalışan əməkdaşların övladlarını Mərkəzin fəaliyyəti və ölkəmizdə əhalinin tibbi maarifləndirilməsi, həmçinin sağlam həyat tərzi barədə məlumatlılığın artırılması olub.
 
İSİM-in direktoru Səbinə Babazadə uşaqları salamlayaraq, ölkəmizdə yeni nəslin sağlam inkişafının, təhsilinin, mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını, Mərkəz tərəfindən uşaqların sağlamlığının möhkəmləndirilməsi istiqamətində müxtəlif tədbirlərin təşkil olunduğunu vurğulayıb.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva Mərkəz tərəfindən uşaqların hüquq və sağlamlıqlarının müdafiəsi, onlara qarşı zorakılığın qarşısının alınması istiqamətində daim təbliğat aparıldığını, məktəbyaşlı uşaqlar üçün “Sağlam uşaq” portalı və mobil tətbiqinin hazırlıanaraq istifadəyə verildiyini bildirib.
 
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdir müavini Sevil Qəmərli, psixoloqu Aysel Musayeva təqdimatla çıxış edərək, gözlərə qulluq, gigiyena qaydaları və uşaqların psixoloji sağlamlığının qorunması barədə tövsiyələr veriblər.
 
Cəmiyyətimizin ən həssas və kövrək təbəqəsi olan uşaqların fəal iştirakı ilə keçirilən Uşaq Günündə onlara öz hüquqları, o cümlədən sağlamlığın qorunması, gigiyena qaydaları, zərərli vərdişlərdən uzaq olmağın vacibliyi, sağlam qidalanmanın faydaları və digər mövzularla bağlı ətraflı məlumat verilib.
 
Əsl bayram ab-havasında təşkil edilən tədbirdə balacaların üzləri rəngbərəng rəsmlərlə bəzədilib, maraqlı və interaktiv oyunlar oynanılıb, birlik və mərhəməti simvolizə edən “Yaxşılıq zənciri” qurulub.
 
Daha sonra uşaqlar böyük ruh yüksəkliyi ilə “Sağlamlıq andı” içərək düzgün qidalanmaya, normal yuxu rejiminə və digər sağlam davranışlara üstünlük verəcəklərini, xoşbəxt gələcəyə dair arzularını dilə gətiriblər.
İSİM-də ənənəvi olaraq hər il təşkil olunan Uşaq Gününün iştirakçılarına sağlam qidalanmağı təbliğ edən hədiyyələr təqdim olunub, uşaqların rəngli əl izləri ilə “Xatirə ağacı” bəzənib.