İSİM-in direktoru Səbinə Babazadəyə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman təqdim olunub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

13 NOYABR 2025

İSİM-in direktoru Səbinə Babazadəyə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman təqdim olunub

Yasamal Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək, ölkəmizdə hüquqi dövlətin təşəkkül tapmasının əsas mərhələləri barədə ətraflı məlumat veriblər.
 
Tədbirdə Azərbaycan Konstitusiyasının qəbulundan və bu tarixi prosesdə Ulu Öndərin rolundan bəhs edən film nümayiş olunub.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yekun nitqi söyləyərək bildirib ki, Azərbaycan Konstitusiyası müstəqil dövlətimizin hüquqi bünövrəsini təşkil edən əsas qanundur və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş bu sənəd dövlətimizin hüquqi, demokratik və dünyəvi inkişaf yolunu müəyyən edib.
 
Rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib.
Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Səbinə Babazadəyə rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Fəxri Fərman təqdim olunub. İSİM-in ölkəmizdə sağlam həyat tərzinin təşviqi, ictimai sağlamlığın qorunması və əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyəti vurğulanıb və S.Babazadənin göstərdiyi təşəbbüslər yüksək qiymətləndirilib. İSİM kollektivi Səbinə xanım Babazadəni təbrik edir, ona cansağlığı və fəaliyyətində uğurlar arzulayır.