Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

14 NOYABR 2025

Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşəbbüsü ilə, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İSİM, RespublikaEndokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının birgə əməkdaşlığı ilə noyabrın 14-də Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub.
 
Tədbirdə çıxış edən İSİM-in direktoru Səbinə Babazadə Beynəlxalq Günün mahiyyəti haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Diabet Federasiyasının (IDF) təşəbbüsü ilə 1991-ci ildən etibarən hər il noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir.
Öz növbəsində Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev diabet xəstəliyinin müalicəsində mütərəqqi yanaşmaların və müasir dərman vasitələrinin tətbiqinin vacibliyini vurğulayıb.
 
Öz çıxışlarında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və İlham Məmmədov, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Respublika Endokrinoloji Mərkəzinin direktoru Kəmalə Ağayeva və digərləri Azərbaycan vətəndaşının sağlamlığı dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıblar. Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.-ci fəaliyyət istiqamətində (Vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi) vətəndaşların sosial rifahının, uzunömürlülüyünün, sağlam həyat tərzinin təmin olunması məqsədilə məqsədyönlü və kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
 
Həmçinin, tədbirdə qeyd olunub ki, diabet faktları və rəqəmləri fərdlər, ailələr və ölkələr üçün qlobal diabet yükünün artdığını göstərir. Belə ki, IDF-in Diabet Atlasının (2025) məlumatına əsasən, dünyada 589 milyon yetkin əhalinin (20–79 yaş) 11,1%-i, yəni hər 9 nəfərdən 1-i diabetlə yaşayır. Diabetli insanların 90%-dən çoxunda sosial-iqtisadi, demoqrafik, ətraf mühit və genetik amillərdən qaynaqlanan 2-ci tip diabet müşahidə olunur. Bu tip diabetin profilaktikası, eləcə də bütün diabet növləri üçün erkən diaqnoz və düzgün qayğı tədbirləri xəstəliyin təsirini əhəmiyyətli dərəcədə azalda bilər. Qeyd olunan tədbirlər diabetlə yaşayan insanlara ağırlaşmaların qarşısını almağa və ya onların başlanmasını gecikdirməyə kömək edir. Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb. Qeyd edək ki, tədbir çərçivəsində arzu edənlərin qan təzyiqi və qanda şəkərin miqdarı ölçülüb.
 
Şəkil