“Narkomaniyaya yox deyək!” mövzusunda hekayə müsabiqəsinin qalibləri elan olunub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

25 DEKABR 2024

“Narkomaniyaya yox deyək!” mövzusunda hekayə müsabiqəsinin qalibləri elan olunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı ilə birgə keçirdiyi “Narkomaniyaya yox deyək!” hekayə müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib. AYB-nin Natəvan klubunda 24 dekabr 2024-cü ildə təşkil olunan tədbiri “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs açaraq səhiyyə müəssisələri ilə yaradıcı təşkilatların əməkdaşlığını yüksək qiymətləndirib.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək vurğulayıb ki, müsabiqənin təşkilində əsas məqsəd xüsusən gənc nəsildə sağlam davranışların formalaşdırılması, zərərli vərdişlərin həm sağlamlığa, həm də cəmiyyətin inkişafına mənfi təsirləri barədə əhali arasında məlumatlılığın artırılmasıdır.

AYB-nin katibi Elçin Hüseynbəylıi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, yazıçı Nazilə Gültac, AYB-nin Lənkəran bölməsinin sədri, yazıçı Qafar Cəfərli çıxış edərək bildiriblər ki, narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə aparmaq üçün müvafiq qurumların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi, əhali arasında geniş təbliğatın aparılması zəruridir.

“Narkomaniyaya yox deyək!” mövzusunda təşkil olunan hekayə müsabiqəsinin finalçıları – Azər Qismət, Coşqun Xəliloğlu, Nemət Mətin, Günel Mehri, Qafar Cəfərli, Rövşən Qaragözov, Ruzbeh Məmməd, Məlhət Hümmətqızı, Nazilə Gültac və Tural Cəfərli qalib elan olunub. Onların hekayələrindən ibarət “Həyatımızı sağlam yaşayaq!” adlı hekayələr toplusu nəşr olunub. Kitabda yer alan hekayələrdə narkotik maddələrdən istifadənin acı nəticələri təsvir olunub, sağlam həyat tərzi seçmək təbliğ və təşviq edilib.

Şəkil