İmişlidə orta məktəbdə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbirlər keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

28 DEKABR 2024

İmişlidə orta məktəbdə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbirlər keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) İmişli şəhər 7 saylı tam orta məktəbdə sağlam həyat tərzinin təbliğinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
İmişli Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıqla təşkil olunan tədbirdə sağlamlığın qorunması ilə bağlı ətraflı məlumat verilib, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, fiziki aktivliyə hər gün vaxtayırmaq, sağlam qidalanmağa üstünlük vermək tövsiyə edilib.
 
İmisli RİH başçısı aparatının İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Rüfət Muradov tədbiri giriş sözü ilə açaraq, gənc nəslin sağlam inkişafının ölkəmizdə daim diqqət mərkəzində saxlanıldığını bildirib, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva geniş təqdimatla çıxış edərək, ölkəmizdə həyata keçirilən dövlət proqramları çərçivəsində paytaxtda və regionlarda müntəzəm olaraq maarifləndirici tədbirlər təşkil edildiyini vurğulayıb. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
 
Mərkəzi tərəfindən hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” internet portalı https://saglamusaq.az/ və mobil tətbiqi barədə iştirakçılara geniş məlumat təqdim olunub. Bildirilib ki, şagirdlər, müəllimlər və valideynlər üçün nəzərdə tutulan portalda sağlamlığın qorunması və möhkəmləndirilməsi ilə bağlı faydalı məlumatlar, maarifləndirici çap materialları, videoçarxlar və interaktiv oyunlar toplanılıb. İnteraktiv keçən tədbirdə şagirdlərə sağlam həyat tərzi ilə bağlı suallar verilib, hədiyyələr təqdim edilib.
 
Tədbirdən sonra keçirilən maarifləndirici aksiyada sağlam həyat tərzi geniş təbliğ və təşviq olunub, iştirakçılara sağlamlığa məsuliyyətlə yanaşmağı aşılayan müxtəlif vəsaitlər, suvenirlər, maarifləndirici nəşrlər, “Həyatımızı sağlam yaşayaq!” adlı hekayələr kitabı paylanılıb.
Tədbir və aksiyada 200-ə yaxın şagird və təhsil işçisi iştirak edib.