23 DEKABR 2024
İlk yardımın göstərilməsi üzrə təlim keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri tərəfindən 177 nömrəli məktəbin müəllim və texniki heyətinə ilk yardımın göstərilməsi üzrə təlim keçirilib. Təlimin əsas məqsədi iştirakçıların ilk yardımın göstərilməsi istiqamətində nəzəri və praktiki biliklərini artırmaq, fövqəladə hallar zamanı şagirdlərə və məktəb heyətinə ilk yardımın göstərilməsinin daha səmərəli və faydalı olmasını təminetmək olub.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova təlim zamanı iştirakçılara ürək-ağciyər reanimasiyası, yaralar, qanaxma, yanıqlar, zəhərlənmə, sınıq, epilepsiya zamanı ilk yardım qaydaları haqqında nəzəri və praktiki məlumatlar verib.