Azərbaycanda aparılan tədqiqatın iştirakçılarına hədiyyələr təqdim olunub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

25 İYUL 2024

Azərbaycanda aparılan tədqiqatın iştirakçılarına hədiyyələr təqdim olunub

Ölkəmizdə tibbi işçiləri arasında aparılan COVID-19 və qrip əleyhinə vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqatda iştirak edənlərə hədiyyələr təqdim olunub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri iştirakçılarla görüşərək onlara təşəkkürlərini bildiriblər. Vurğulanıb ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) AvropaBürosunun təşəbbüsü ilə 2021-ci ilin may ayında bir neçə Avropa ölkəsində, o cümlədən Azərbaycanda eyni vaxtda başlanılan tədqiqat 7 tibb müəssisəsinin işçiləri arasında, 1500 tibb işçisinin iştirakı ilə aparılıb.
 
Tədqiqatın respublikamız üçün böyük elmi əhəmiyyətini anlayaraq, iştirakçılar könüllü olaraq layihəyə qoşulublar. Tədqiqat 3 il davam edib – 2021-2024-cü illər (30 ay, 130 həftə). Bu müddət ərzində COVID-19 virusuna qarşı anti-cismlərin səviyyəsini və mövcudluğunu araşdırmaq üçün ildə 2 dəfə olmaqla təxminən 6000 qan nümunəsi götürülüb, respondentlərlə 200 mindən çox müsahibə aparılıb, 100 onlayn görüş və 30-dan çox monitorinq ziyarəti olub, məlumat bazasına 700 min məlumat vahidi daxil edilib.
 
Bütün respondentlərlə hər həftə viral xəstəliklərin, o cümlədən COVID-19-un simptomları üzrə sorğu aparılıb, ildə 2 dəfə olmaqla qanda virusa qarşı anti-cismlərin səviyyəsi və mövcudluğu yoxlanılıb. Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında COVID 19, qrip və respirator sinsitial virus infeksiyalarına yoluxma hallarında virusun ştammının təsdiqi üçün PZR testi aparılıb. Təsdiq olunan virusun ştammlarını müəyyən etmək üçün onlarla nümunə Almaniya və Şimali Makedoniyadakı laboratoriyalara göndərilib.
 
Elektron sorğular platforması vasitəsilə hər ay aparılan sorğulara cavablar anonim şəkildə məlumat bazasına toplanıb və kvartalda bir dəfə təhlil edilib. Eyni zamanda, məlumatlar davamlı olaraq toplanaraq həftədə bir dəfə tədqiqatın nəticələrinə dair hesabat hazırlanıb, ÜST və Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) ekspertləri ilə hər həftə müzakirə olunub. Aylıq və kvartallıq məlumatlar əsasında ildə 2 dəfə vaksinasiyanın müxtəlif tibb işçiləri qruplarında (yaş, cins, əmək şəraiti, digər risk faktorları, yanaşı xəstəliklər və s.) müxtəlif busterlərinin effektivliyi təhlil edilib.
 
Nəticələr Səhiyyə Nazirliyi rəhbərliyinə təqdim olunub və ölkəmizdə pandemiyaya qarşı həyata keçirilən tədbirlərə öz töhfəsini verib. Tibb elmi və ictimai səhiyyə üçün böyük əhəmiyyət daşıyan bu tədqiqatın Azərbaycanda keçirilməsi ölkəmizin elmi tədqiqat potensialının daha da genişləndirilməsinə, xüsusən infeksion xəstəliklərə dair biliklərin artırılmasına imkan yaradıb. Yüksək reytinqli beynəlxalq jurnallarda (məsələn, "Influenza and other Respiratory Virus Diseases") tədqiqata dair dörd məqalə dərc edilib. Araşdırmanın nəticələri dünya üzrə vaksin effektivliyinin tədqiqi üçün INTERACT platformasında qeyd olunub (Cənubi Amerika, Avropa və Asiyanın 15 ölkəsi).
 
Araşdırma Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 10 koordinator, ekspert və 12 müsahibdən ibarət heyəti tərəfindən aparılıb. Araşdırmanın ilk ilinin donoru ÜST, növbəti iki il isə ABŞ CDC-nin dəstəyi ilə Task Force for Global Health qeyri-kommersiya təşkilatı olub. Tədqiqat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən, TƏBİB ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
 
Şəkil