Məktəblərdə “Ağız boşluğunun sağlamlığı və gigiyenası. Sağlam qidalanma” mövzusunda maarifləndirmə tədbirləri və sorğu keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

13 MAY 2024

Məktəblərdə “Ağız boşluğunun sağlamlığı və gigiyenası. Sağlam qidalanma” mövzusunda maarifləndirmə tədbirləri və sorğu keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2024-cü ilin aprel-may aylarında Bakı şəhəri üzrə 80, 294, 92, 166, 125, 215, 228, 243, 259, 326 nömrəli orta məktəblər və SHE – sağlamlığı təşviq edən 177, 149, 110 və 5 saylı tam orta məktəblərdə “Ağız boşluğunun sağlamlığı və gigiyenası. Sağlam qidalanma” mövzusundamaarifləndirmə tədbirləri keçirilib.
 
İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva, Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva çıxış edərək, şagirdlərə ağız boşluğun gigiyenası, kariyesin yaranma səbəbləri və profilaktikası, sağlam qidalanma haqqında geniş məlumat veriblər. Keçirilən maarifləndirmə tədbirləri çərçivəsində uşaqların sağlamlığa dair davranışlarlarının öyrənilməsi məqsədilə şagirdlər arasında sorğu keçirilib.
 
Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar təqdim edilib.