İş yerlərində sağlam həyat tərzini təbliğ edən tədbirlər keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

25 APREL 2024

İş yerlərində sağlam həyat tərzini təbliğ edən tədbirlər keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən iş yerlərində sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlər təşkil olunub. Ellab Diaqnostika Mərkəzi, “Yeni Çağ” Media Qrupu, Avtosfer.az saytı, “Azerbaycan Coca-Cola Bottlers” MMC və digər qurumlarda keçirilən tədbirlərin məqsədi sağlamlığın qorunması, xəstəliklərin əsas risk amilləri barədə əhali arasında məlumatlılığın artırılması olub.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev tədbirlərdə geniş təqdimatlarla çıxış ediblər. Səhiyyə işçiləri tərəfindən paytaxtda və regionlarda əhalinin sıx olduğu məkanlarda, o cümlədən iş yerlərində silsilə maarifləndirmə tədbirləri təşkil edildiyi, zərərli vərdişlərin yalnız sağlamlığa deyil, həm də inkişafa, fəaliyyətə, yaradıcılığa, ətraf mühitə mənfi təsir göstərdiyi vurğulanıb.
İştirakçılara sağlamlığa məsuliyyətlə yanaşmaq, hər gün fiziki aktivliyə vaxt ayırmaq, iş yerlərində sağlam qidalanmaq və gigiyena qaydalarına riayət etmək tövsiyə olunub, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirmə materialları paylanılıb.

Şəkil