Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Qazaxıstanda keçirilən beynəlxalq konfransda iştirak edib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

23 APREL 2024

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Qazaxıstanda keçirilən beynəlxalq konfransda iştirak edib

Qazaxıstanın paytaxtı Astana şəhərində 19-20 aprel 2024-cü ildə Səhiyyə texnologiyalarının qiymətləndirilməsi, inkişafı və maliyyələşdirilməsi üzrə prioritetlərin müəyyən edilməsi mövzusunda beynəlxalq konfrans keçirilib.
 
Konfransın keçirilməsində əsas məqsəd səhiyyə texnologiyalarının inkişafını təmin etməklə əhalinin onlara əlçatanlığınıasanlaşdırmaq, müasir diaqnostika sistemini gücləndirmək, bu istiqamətdə olan mövcud problemləri müzakirə edərək ölkə təcrübələrini bölüşmək olub. Konfransda Azərbaycan, Özbəkistan, Tacikistan, Türkiyə, ABŞ, Avstraliya, İtaliya, İspaniya, Polşa, Serbiya və İsveçdən gələn səhiyyə nümayəndələri iştirak edib.
 
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Billurə Yusifova geniş təqdimatla çıxış edərək, Azərbaycanda əhalinin tibbi təminatı ilə bağlı mövcud dövlət proqramları, kilinik protokollar və sübutlara əsaslanan tibb vasitəsilə keyfiyyətin yüksəldilməsi və standartlaşdırılması barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Konfransın yekun plenar iclasında səhiyyə texnologiyalarının inkişafının regional perspektivləri, daha effektiv metodlarla problemlərin həlli və çıxış yolları müzakirə edilib, təkliflər dinlənilib.