“Reproduktiv sağlamlığın qorunması, erkən nikahların fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

1 APREL 2024

“Reproduktiv sağlamlığın qorunması, erkən nikahların fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 1 aprel 2024-cü ildə maarifləndirici tədbir keçirilib. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbər və müəllim heyəti üçün təşkil edilən tədbir “Reproduktiv sağlamlığın qorunması, erkən nikahların fəsadları” mövzusuna həsr olunub.

Tədbir sağlam həyat tərzinin təbliği, reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı yeni nəslin maarifləndirilməsi məqsədilə təşkil edilib.

İSİM-in Təlim resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva təqdimatla çıxış edərək, erkən nikahların sağlamlıq üçün ciddi təhlükə yaratdığını nəzərə çatdırıb.
Tədbirdə erkən və qohumlar arasında nikahların psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları barədə ətraflı məlumat verilib, iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.

Şəkil