Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Estoniyada keçirilən konfransda iştirak edib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

18 DEKABR 2023

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Estoniyada keçirilən konfransda iştirak edib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev Tallin Xartiyasının imzalanmasının 15-ci ildönümünə həsr olunan “Etibarlıq və transformasiya: gələcəyin həyat qabiliyyətli və dayanıqlı səhiyyə sistemləri” mövzusunda keçirilən konfransda iştirak edib. Konfrans Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosu tərəfindən12-13 dekabr 2023-cü ildə Estoniyanın Tallin şəhərində təşkil olunub.
 
Avropanın əksər ölkələrinin və keçmiş SSRİ ölkələrinin səhiyyə menecerləri və təşkilatçıları, iri tibb mərkəzlərinin rəhbərləri, alimlər konfransda iştirak ediblər. İSİM-in direktoru plenar iclasda çıxış edərək, Azərbaycanda son illər həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.
 
Konfransın yekununda Avropa regionunda səhiyyənin inkişafı üçün yeni hədəflər müəyyən edən yekun sənədlər qəbul olunub.