27 NOYABR 2023
İSİM-in nümayəndəsi Özbəkistanda keçirilən “Uşaqlıq boynu xərçənginin aradan qaldırılması istiqamətində addımlar” mövzusunda beynəlxalq konfransda iştirak edib
Özbəkistanın paytaxtı Daşkənd şəhərində 23 noyabr 2023-cü ildə “Uşaqlıq boynu xərçənginin aradan qaldırılması istiqamətində addımlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Özbəkistan Səhiyyə Nazirliyinin, Virusologiya Elmi-tədqiqat İnstitutunun, Koreya Beynəlxalq Səhiyyə Fondunun (KOFIH) birgə təşkilatçılığı ilə təşkil edilən konfransda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva iştirak edərək “Azərbaycanda resproduktiv sağlamlıq. Uşaqlıq boynu xərçənginin profilaktikası ilə bağlı mövcud vəziyyət” mövzusunda təqdimatla çıxış edib.
Konfransda uşaqlıq boynu xərçənginin erkən aşkarlanması və müalicə edilməsinin vacibliyi vurğulanıb, müasir mualicə metodları haqqında beynəlxalq ekspertlərin mühazirələri dinlənilib.