Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair tədbir keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

11 DEKABR 2023

Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair tədbir keçirilib

Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin tələbərinin iştirakı ilə 8 dekabr 2023-cü ildə uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva “Reproduktiv sağlamlığın qorunması. Abort və onun fəsadları” mövzusundatəqdimatla çıxış edərək selektiv abortun mənfi təsirləri barədə ətraflı məlumat verib.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətində ölkəmizdıə görülən işlərdən və dünya təcrübəsindən söz açıblar. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.