5 DEKABR 2023
“Sağlam qidalan, sağlam yaşa!” mövzusunda maarifləndirici aksiya keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 5 dekabr 2023-cü ildə Rəhilə Orucova adına 109 nömrəli tam orta məktəbdə “Sağlam qidalan, sağlam yaşa!” şüarı ilə maarifləndirici aksiya təşkil edilib. Aksiyanın əsas məqsədi əhali arasında sağlam həyat tərzi və sağlam qidalanma ilə bağlı məlumatlılığı artırmaqdır.
İştirakçılara tütünçəkmə və digər zərərli vərdişlərdən uzaqolmaq, fiziki aktivliyə hər gün vaxt ayırmaq tövsiyə edilib. Şagirdlərə düzgün və balanslı qidalanma, valideyn və müəllimlərə isə, qida təhlükəsizliyi və qida etiketləri, sağlam qidalanma qaydaları barədə ətraflı məlumat verilib, İSİM tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar paylanılıb.