Şuşada “İlk yardım” üzrə təlimlər keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

11 AVQUST 2022

Şuşada “İlk yardım” üzrə təlimlər keçirildi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 8 avqust 2022-ci il tarixdə Azərbaycan Skautlar Assosiasiyasının Şuşa şəhərində ilk düşərgəsi fəaliyyətə başlayıb.

Düşərgə çərçivəsində Azərbaycanla yanaşı Türkiyə, Moldova, Macarıstan, Gürcüstan, Ukrayna və digər ölkələrdən olan 150-dən çox iştirakçı humanitar fəaliyyət, axtarış və xilasetmə, münaqişələr sonrası bərpa və müasir şəhər planlaşdırılması mövzularında çoxsaylı təlimlərə qatılaraq bu sahələrdə bilik və bacarıqlarını genişləndirməkdədir.

Axtarış və xilasetmə proqramı çərçivəsində 9-10 avqust tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "Uptodate İn Medicine" AHA Beynəlxalq Təlim Mərkəzinin təlimçiləri tərəfindən 150 skaut üçün ümumi ilk yardım, ürək-ağciyər reanimasiyası, defibrilyatordan istifadə və travmalarda xəstəxanayaqədər ilk yardım təlimləri keçirildi. Təlimlərdə xüsusi təyinatlı qüvvələrin hərbi travmalarda ilk yardım üzrə mütəxəssisləri də iştirak edərək öz təcrübələrini paylaşdılar.

Bütün təlimlər Amerika Ürək Assosiasiyası və Beynəlxalq Travmada Həyata Dəstək təşkilatının metodologiyası və təlimatlarına əsasən aparıldı və təlimlərin nəzəri və praktik hissələrini uğurla başa vuran, həmçinin yazılı imtahanı ən azı 84% balla tamamlayan iştirakçılara Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatı təqdim edildi.


Şəkillərlə burada tanış olmaq olar.