• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

8 İYUL 2022

“Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici aksiya oldu

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən iş yerlərində sağlam həyat tərzinin təbliği məqsədilə “AZ FP CO LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinin iştirakı ilə 8 iyul 2022-ci ildə “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici təşviqat aksiyası keçirildi.

Şirkətin nümayəndəsi, İstehsalat əməliyyatları direktoru İsa Əliyev, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev çıxış edərək bildirdilər ki, aksiyanın təşkilində məqsəd hər kəsi zərərli vərdişlərdən uzaq olmağa, sağlam həyat tərzi seçməyə çağırmaqdır.

Vurğulandı ki, narkotik maddələr tələdir, bu tələyə düşənin sonra oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Eyni zamanda, iştirakçılara tütünçəkmənin fəsadları barədə məlumat verildi və bildirildi ki, tütün tüstüsünün tərkibində 7 mindən artıq zərərli kimyəvi maddə var və tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil.

Təşkilatçılar  bütün iştirakçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün  Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırdılar.

Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkildi, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.