• İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi
  • İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu
  • İSİM-də "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirildi
  • İSİM-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş oldu
  • Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir

XƏBƏRLƏR bütün xəbərlər

28 APREL 2022

Məktəblinin dostlarına ilk tibbi yardımın göstərilməsi üzrə təlimlər keçirildi

1 mart-28 aprel tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri tərəfindən Məktəblinin dostlarına ilk tibbi yardımın göstərilməsi üzrə təlimlər keçirildi.

Təlimlərin əsas məqsədi iştrakçıların ilk tibbi yardımın göstərilməsi istiqamətində nəzəri və praktiki biliklərini artırmaq, fövqəladə hallar zamanı şagirdlərə və məktəb heyətinə ilk yardımın göstərilməsinin daha səmərəli və faydalı olmasını təmin etməkdir.

İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdir müavini Şamil Kalyayev və Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tərəfindən keçirilən təlimlər zamanı iştirakçılara ürək-ağciyər reanimasiyası, yaralar, qanaxma, yanıqlar, zəhərlənmə, sınıq, epilepsiya zamanı ilk yardım qaydaları haqqında nəzəri və praktiki məlumatlar verildi.