• Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

XƏBƏRLƏR bütün xəbərlər

5 AVQUST 2019

İSİM-in nümayəndələri Tbilisidə keçirilən beynəlxalq konfransda iştirak ediblər

Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində 31 iyul-1 avqust 2019-cu il tarixdə “Həkimlər uşaq zorakılığına qarşı” beynəlxalq konfrans keçirilib. Konfrans “Səhiyyə işçilərinin zorakılığa məruz qalmış uşaq və gənclərin aşkar edilməsi və onlara tibbi-psixoloji yardımın və sosial dəstəyin göstərilməsi ilə bağlı fəaliyyətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları – Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə konfransda iştirak ediblər. Həkimlərin diqqətini uşaq zorakılığı ilə bağlı məsələlərə yönəltmək məqsədilə keçirilən konfransda mövcud vəziyyət, statistika və faktlar bir daha nəzərdən keçirilərək müqayisəli təhlil olunub.

Qeyd edək ki, İSİM, “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, OAK Fondu və Gürcüstanın İctimai Səhiyyə Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində uşaqlara qarşı zorakılığın qarşısının alınmasında ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin, xüsusilə də, poliklinika həkimləri və pediatrların bu sahədə bilik və bacarıqlarının artırılması, həmin tibb müəssisələrində bu cür halların idarə edilməsi üçün kurrikulumun hazırlanması və sınaqdan keçirilməsi nəzərdə tutulub. Səhiyyə işçilərinin bu sahədəki fəaliyyətinin gücləndirilməsi uşaq və gənclərə qarşı zorakılığın, o cümlədən, məişət zorakılığı hallarının qarşısının alınmasına, zorakılığın qurbanı olmuş uşaq və gənclərin təcili tibbi-psixoloji yardımla əhatə olunmasına, müvafiq sosial və digər xidmətlərə yönləndirilməsinə imkan verəcək. Layihə çərçivəsində həmçinin poliklinika həkimləri və pediatrların bu sahədə bilik və bacarıqlarının artırılması üçün milli təlimlərin təşkili, seçilmiş tibb işçilərinin ToT təlimçi kimi təkmilləşdirilməsi, mövzuya dair kurrikulumun hazırlanmasında həkimlərin fəal iştirakı da nəzərdə tutulub.

Şəkillərlə burada tanış olmaq olar.