“Maraqlı tərəflər üçün elektron səhiyyənin standartlaşdırılması” mövzusunda seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

5 APREL 2019

“Maraqlı tərəflər üçün elektron səhiyyənin standartlaşdırılması” mövzusunda seminar keçirildi

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 4-5 aprel 2019-cu il tarixdə beynəlxalq ekspertlərin iştirakı ilə “Maraqlı tərəflər üçün elektron səhiyyənin standartlaşdırılması” mövuzunda seminar keçirildi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, Səhiyyə Nazirliyinin Statistika İdarəsi, Elmi-Tibbi Kitabxana və İSİM-in nümayəndələri seminarda iştrak etdilər. İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək, Azərbaycanda elektron səhiyyə sahəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən söz açdı: “Müasir dövrdə elektron səhiyyə tibbi-sanitar xidmətin ən dinamik inkişaf edən istiqamətidir və  bu gün ölkəmizdə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində elektron xidmətlərin genişləndirilməsi uğurla həyata keçirilir”. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə tibbi məlumatların elektronlaşdırılması istiqamətində yeniliklərin əhəmiyyətini vurğuladı: “Ölkəmizdə innovasiyaların tətbiqinin genişləndirilməsi üçün səmərəli mexanizmlərin yaradılması nəzərdə tutulur. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” proqramı çərçivəsində hazırlanacaq səhiyyə informasiya sistemi özündə elektron səhiyyə məlumatlarını, elektron resepti, elektron tibbi uçotun aparılmasını, mərkəzi rəqəmsal qeydiyyat sisteminin yaradılmasını və digər komponentləri birləşdirəcəkdir”. Estoniyada elektron səhiyyənin standartlaşdırılması ilə məşğul olan ekspertlər – professor Piter Ross  və Valentin Skibçik təcrübələrini bölüşdülər və  hazırda Estoniyada istifadə olunan elektron səhiyyə modeli ilə iştrakçıları ətraflı tanış etdilər.

Səmərəli fikir mübadiləsi şəraitində keçən seminarda müxtəlif ölkələrdə tətbiq olunan elektron səhiyyə standartları geniş təhlil olundu.

Şəkillərlə burada tanış olmaq olar.