• İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

6 APREL 2019

6 Aprel - Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş festival keçirildi

6 Aprel – Ümumdünya Fiziki Aktivlik Günü münasibətilə 2013-cü ildən başlayaraq hər il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakının Nərimanov, Binəqədi, Xəzər, Suraxanı, Xətai rayonlarında keçirilmiş Gənclərin Sağlamlıq Festivalı ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Artıq ənənəyə çevrilən növbəti festival 5 aprel 2019-cu il tarixdə Yasamal rayonunda yerləşən Hüseyn Cavid adına parkda təşkil olundu. “HərəkətdəSƏN, kreativSƏN” şüarı altında baş tutan festival Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Yasamal rayon İcra Hakimiyyəti, İSİM və “İnkişaf naminə idman” İctimai Birliyinin təşkilatçılığı ilə keçirildi.

Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş festivala musiqi sədaları ilə start verildi. Parkın bir neçə yerində müxtəlif idman bölmələri fəaliyyətə başladı və nümunəvi çıxışlar göstərildi. İdman bölmələrində fəaliyyət göstərən məşqçi-təlimatçılar musiqi sədaları altında tədbirə təşrif buyuran ailələr və uşaqları da bu fəaliyyətlərə qatılmağa dəvət etdilər. Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Rahim Əliyev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək, qeyri-infeksion xəstəliklərələ mübarizədə fiziki aktivliyin əhəmiyyətini vurğuladılar və Sağlamlıq Festivalının məqsədinin gənclər, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi, sağlam həyat tərzini təbliğ etmək olduğunu bildirdilər. Daha sonra mədəni-kütləvi tədbirdə 2019-ci ilin fevral ayından başlayaraq Yasamal rayonu tam orta məktəbləri arasında keçirilən yarışlarda seçilən 5 tam orta məktəbin şagirdləri, o cümlədən əlilliyi olan gəncləri fiziki aktivliklə bağlı bir sıra müsabiqələr, şən, təhlükəsiz, inklüziv estafetlər və yarışlarda iştirak etdilər. Tədbir zamanı gənclərə futbol, basketbol, akrobatika, yüngül atletika, boks üzrə fəaliyyətlər təqdim olundu. Festival iştirakçıları yekunda təltif olundular, 1-ci, 2-ci və 3-cü yerləri tutan məktəblər diplom, kubok və başqa hədiyyələrlə mükafatlandırıldılar.

Qeyd edək ki, Gənclərin Sağlamlıq Festivalı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”sına uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, fiziki aktiv olmağın sağlamlığa olan faydaları barədə ictimaiyyəti bir daha məlumatlandırmaq məqsədi daşıyır. Məlum olduğu kimi, Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində yaşlı nəsillə bərabər cavanların da daha çox oturaq həyat tərzi keçirməsi bir sıra qeyri-infeksion xəstəliklərin inkişafına təsir göstərir. Fiziki aktivlik eyni zamanda, yeniyetmə və gənclər arasında yayılan piylənmə, ürək-damar xəstəlikləri və depressiyaya qarşı ən effektiv profillaktika metodlarından biri olduğuna görə Gənclərin Sağlamlıq Festivalının keçirilməsi  sağlam həyat tərzinin təbliği üçün də çox vacibdir.

Sağlamlıq Festivalı çərçivəsində, həmçinin, əhalinin fiziki aktivliklə bağlı məlumatlandırılması məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndiririci materiallar paylanıldı.

Şəkillərə burada tanış olmaq olar.