İSİM könüllüsü ol! | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

1 APREL 2019

İSİM könüllüsü ol!

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi “İSİM könüllüsü ol!” şüarı altında səhiyyədə könüllülük anlayışının gənclər arasında təbliğ edilməsi və gənclərin  səhiyyə və sağlamlıq sahəsində könüllü fəaliyyətə təşviq edilməsi, eyni zamanda “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının 5.7.5. (Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi) bəndinin icrasına dəstək olmaq məqsədilə 2 aylıq könüllülük (may, iyun,)  proqramına start verir . Onlayn müraciət forması əsasında  müsahibə mərhələsinə dəvət olunmuş və müsahibə mərhələsini uğurla keçmiş iştirakçılarla könüllülük müqaviləsi bağlanacaqdır. Proqram çərçivəsində  gənclərə asudə vaxtın səmərəli dəyərəndirilməsi, şəxsi bacarıqlarının təkmilləşdirilməsi, ictimai səhiyyə sahəsində iş təcrübəsi qazanması  və komanda ilə işləmək bacarığının artırılması istiqamətində təlimlər keçiriləcək. Eyni zamanda, proqrama qəbul olunan könüllülər seçdikləri istiqamət üzrə  İSİM-in fəaliyyətinə qoşulacaq və layihə idarəetməsi, təlimçilik bacarıqlarının inkişaf etdirilməsi şansı əldə edəcəklər.

Könüllülük mühüm əhəmiyyətə malik olan fəaliyyət növlərindən biri olub ümumilikdə cəmiyyətin inkişafı üçün xüsusi önəm daşıyır. Ölkəmizdə könüllü fəaliyyətin təbliği və gənclərin könüllü fəaliyyətə təşviq edilməsi məqsədilə müxtəlif  layihələr icra olunur. Bu layihələrin uğurlu nəticəsidir ki, ölkəmizdə həyata keçirilən bir çox dünya əhəmiyyətli tədbirlərdə gənclərimiz könüllü fəaliyyət göstərərək ölkəmizin uğuru üçün  çalışıblar. Odur ki,  gənclər arasında səhiyyədə könüllülük anlayışının formalaşdırılması və sağlamlıq sahəsində könüllü fəaliyyətin təşviq olunması mühüm əhəmiyyətə malikdir. Xüsusilə, səhiyyə və sağlamlıq istiqaməti üzrə tibb tələbələrinin  könüllü fəaliyyətə təşviq edilməsi və tibb tələbələri arasında daha geniş maarifləndirmə işləri aparmaq xüsusi önəm daşıyır. Elə bu səbəbdən başda tibb tələbələri olmaqla gələcək fəaliyyətini ictimai səhiyyə sahəsində qurmaq istəyən hər bir gənci “İSİM könüllüsü ol!” təcrübə proqramına qoşulmağa dəvət edirik.

Könüllülük proqramına müraciət etmək üçün 20 aprel 2019-cu il tarixinədək https://forms.gle/nFotpAgEUFZLQ8hT7 linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır

Əlaqə:

Şəhla Mirzəzadə

Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri

Tel: (+99412) 430-10-25