“Həyatınızı külə yox, gülə çevirin!”adlı maarifləndirici təşviqat aksiyası keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

6 MART 2019

“Həyatınızı külə yox, gülə çevirin!”adlı maarifləndirici təşviqat aksiyası keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirərək, əhalini zərərli vərdişlərdən uzaq olmağa çağırır.

5 mart 2019-cu ildə Fəvvarələr meydanında “Azərbaycanda multisektoral tütünlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi üzrə və tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə  “Həyatınızı külə yox, gülə çevirin!” adlı təşviqat aksiyası keçirildi. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı, Azərbaycan Tibb Universiteti (ATU) və Bakı Tekstil Fabrikinin dəstəyi, kütləvi informasiya vasitələri nümayəndələrinin fəal iştirakı ilə keçirilən aksiyanın məqsədi əhalini tütünçəkmənin təhlükəli təsiri barədə maarifləndirməkdir. Novruz bayramı və 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən aksiya zamanı səhiyyə işçiləri, ATU tələbələri sakinlərə, xüsusilə gənc cütlüklərə əlində gül ilə yaxınlaşaraq tütünçəkmənin zərərlərini izah etdilər, “Həyatınızı külə yox, gülə çevirin!” tövsiyəsi ilə onlara çiçək bağışladılar. Gənclərlə söhbət zamanı bir daha vurğulandı ki, tütünçəkmə sağlamlığa ciddi ziyan vurmaqla yanaşı, xarici görünüşü də dəyişir, dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də erkən yaşda qırışların əmələ gəlməsi ilə nəticələnir. Əhalinin sıx olduğu məkanda keçirilən aksiyada sakinlərin diqqətinə çatdırıldı ki, passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır, bu hər kəsin, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir. Odur ki, səhiyyə könüllüləri sakinləri “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün  Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırdılar.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici çap materialları aksiya zamanı əhaliyə paylanıldı və yekunda tələbələrin – gələcək həkimlərin ifasında “Sağlam gələcək naminə tütünçəkmədən uzaq olun!” tövsiyəsi ilə fləşmob keçirildi.

Şəkillərlə burada tanış olmaq olar.