1 FEVRAL 2019
İSİM-in nümayəndələri Tbilisi şəhərində keçirilən seminarda iştirak etdilər
30 yanvar-1 fevral 2019-cu ildə Avropa İttifaqının (Aİ) TAİEX texniki yardım aləti çərçivəsində Gürcüstanın Tbilisi şəhərində “Ətraf mühit və ictimai sağlamlığın izlənilməsi ümumi bacarıqların təkmilləşdirilməsi vasitəsi kimi” mövzusunda üçgünlük Multi-TAİEX seminarı keçirildi.
Seminarın keçirilməsində əsas məqsəq Aİ üzv ölkələrinin və Avropanın Xəstəliklərə Nəzarət Mərkəzinin ətraf mühit və ictimai sağlamlığın izlənilməsi ilə bağlı ən yaxşı təcrübələrinin təqdim edilməsi və bu istiqamətdə məlumat mübadiləsinin aparılması idi. Beynəlxaql təşkilatların rəsmilərinin spikerliyi ilə keçirilən seminarlarda Albaniya, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna və digər Aİ üzv ölkələrinin nümayəndələri, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev və İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov da iştirak etdilər.
Seminar çərçivəsində spikerlərin ətraf mühit və ictimai səhiyyə ilə bağlı mövcud vəziyyət, bu sahədə əsas problemlər və onların həlli yolları, gözlənilən nəticələrlə bağlı təqdimatları dinlənildi. Ətraf mühit və ictimai sağlamlığın profilaktikası sistemlərinin Aİ-nın tələb və standartları ilə uyğunlaşdırılması istiqamətində ümumi bir strategiya və metodologiyanın hazırlanması, bölüşdürülməsi və təşviqi sahəsində bir sıra müzakirələr oldu.
Sonda yerli, regional və beynəlxalq təcübələri paylaşmaq məqsədi ilə praktik qrup işləri keçirildi və mövzu ətrafında səmərəli fikir mübadiləsi aparıldı.