• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • Состоялся научно-практический семинар по мульти-дисциплинарному подходу при гемофилии
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

НОВОСТИ все новости

1 ФЕВРАЛЯ 2019

İSİM-in nümayəndələri Tbilisi şəhərində keçirilən seminarda iştirak etdilər

30 yanvar-1 fevral 2019-cu ildə Avropa İttifaqının (Aİ) TAİEX texniki yardım aləti çərçivəsində Gürcüstanın Tbilisi şəhərində “Ətraf mühit və ictimai sağlamlığın izlənilməsi ümumi bacarıqların təkmilləşdirilməsi vasitəsi kimi” mövzusunda üçgünlük Multi-TAİEX seminarı keçirildi.

Seminarın keçirilməsində əsas məqsəq Aİ üzv ölkələrinin və Avropanın Xəstəliklərə Nəzarət Mərkəzinin ətraf mühit və ictimai sağlamlığın izlənilməsi ilə bağlı ən yaxşı təcrübələrinin təqdim edilməsi və bu istiqamətdə məlumat mübadiləsinin aparılması idi.  Beynəlxaql təşkilatların rəsmilərinin spikerliyi ilə keçirilən seminarlarda Albaniya, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna və digər Aİ üzv ölkələrinin nümayəndələri, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev və İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov da iştirak etdilər.

Seminar çərçivəsində spikerlərin ətraf mühit və ictimai səhiyyə ilə bağlı mövcud vəziyyət, bu sahədə əsas problemlər və onların həlli yolları, gözlənilən nəticələrlə bağlı təqdimatları dinlənildi. Ətraf mühit və ictimai sağlamlığın profilaktikası sistemlərinin Aİ-nın tələb və standartları ilə uyğunlaşdırılması istiqamətində ümumi bir strategiya və metodologiyanın hazırlanması, bölüşdürülməsi və təşviqi sahəsində bir sıra müzakirələr oldu.

Sonda yerli, regional və beynəlxalq təcübələri paylaşmaq məqsədi ilə praktik qrup işləri keçirildi və mövzu ətrafında səmərəli fikir mübadiləsi aparıldı.