• İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

8 NOYABR 2018

Hərbi hissələrdə maarifləndirici görüşlər keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsi və onların asudə vaxtının  səmərəli təşkilinə kömək məqsədi ilə 29 oktyabr-7 noyabr tarixlərdə hərbi hissələrdə maarifləndirici görüşlər keçirdi. Görüşlər Səhiyyə Nazirliyinin 23.10.2017-ci il tarixli 72 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 1(5.1.8)-ci bəndinə əsasən təşkil olunmuşdu.

Müdafiə Nazirliyinin Bərdə və digər ətraf rayonların ərazilərində yerləşən hərbi hissələrində zabit, gizir, çavuş və əsgərlər, eləcə də tibbi xidmət əməkdaşları arasında təbliğat xarakterli görüşlər keçirildi. Görüşlərin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniyanın, alkoqolizmin, tütünçəkmənin və digər sosial neqativ halların profilaktikası, eləcə də öz sağlamlığına qarşı məsuliyyət hissinin gücləndirilməsi idi. İSİM-in mütəxəssisləri Tofiq Musayev və Rüfət Rəhimov hərbi hissələrdə çıxış edərək, iştirakçılara bu mövzularla bağlı ətraflı məlumat verdilər.

Hərbi xidmətdə olan gənclərlə interaktiv şəraitdə keçən görüşlərdə sağlam həyat tərzi ilə bağlı faydalı tövsiyələr diqqətə çatdırıldı, İSİM tərəfindən hazırlanmış müxtəlif maarifləndirici materiallar paylanıldı.