• 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

13 MART 2018

İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlığın qorunması mövzusunda mühazirə oxundu

13 mart 2018-ci il tarixdə Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində  tələbə qızlar üçün “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə təşkil edildi.

İncəsənət Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Həşim Paşayev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, tibbi maarifləndirmə işinin aparılması əhalinin, xüsusilə də gənc nəslin sağlamlığının qorunmasında böyük rol oynayır. İSİM-in həkim-metodisti, ginekoloq Afət Məmmədova tələbələr qarşısında çıxış edərək, onlara reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusu ilə bağlı geniş məlumat verdi. Mühazirədə həmçinin reproduktiv qabiliyyətə mənfi təsir göstərən amillərdən, o cümlədən abortların qadın sağlamlığına mənfi təsirindən bəhs olundu, cinsi yolla yoluxan infeksiyalarla mübarizə metodları və gigiyena qaydalarına riayət edilməsinin vacibliyi tələbələrin diqqətinə çatdırıldı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan “Olum və ya ölüm” qısametrajlı filmi ailə planlaşdırılmasının düzgün qurulmaması nəticəsində məcburi aborta müraciət edən qadınları və sonradan hər iki valideynin peşmançılığını əks etdirirdi.

Tədbirin sonunda iştirakçılara reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanıldı.